Azərbaycan klubunun prezidenti 3 illik həbs edildi! - SON DƏQİQƏ!

Azərbaycan klubunun prezidenti 3 illik həbs edildi! - SON DƏQİQƏ!

2-ci Liqada yarışan "Füzuli" futbol klubunun prezidenti Rauf Quliyev həbs edilib.

"Mediasport" xəbər verir ki, "TTQ GRUP" MMC-nin direktoru dələduzluq maddəsi ilə ittiham olunub.

İttihama görə, Quliyev işgüzar nüfuzunun olduğunu, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb.

Onun bir nəfərdən DTX-ya, bir nəfərdən isə FHN-də işə düzəltmək adı ilə 15-20 min manat məbləğində pul aldığı müəyən edilib.

R.Quliyev istintaq dövründə bir dəfə həbs edildikdən sonra azadlığa buraxılıb. Şikayətlər çoxaldıqdan sonra yenidən həbs edilib.

Məhkəmənin hökmü ilə 3 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Rauf Quliyevin rəhbəri olduğu "Füzuli" komandası başa çatan mövsüm liqada sonuncu yeri tutaraq çempionatı tərk edib.