Sadıq Sadıqov vəfat etdi!
Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadıq Sadıqov vəfat edib.
"Mediasport" xəbər verir ki, “Neftçi” PFK-nın və "Neftçi" İK-nın keçmiş prezidenti 61 yaşında ürəktutmasından dünyasını dəyişib.
O, 2009-2015-ci illərdə rəhbəri olduğu “Neftçi”yə üç dəfə Azərbaycan çempionluğunu, iki dəfə ölkə kubokunu qazandırıb.
Sadıq Sadıqov son olaraq “Neftçi” İdman Klubunun İdarə Heyətinin sədrinin müşaviri vəzifəsini icra edirdi.
Allah rəhmət eləsin!


