Azərbaycanın Avropa çempionuna ŞOK cəza: 24 aylıq diskvalifikasiya

Azərbaycanın Avropa çempionuna ŞOK cəza: 24 aylıq diskvalifikasiya

Azərbaycan Antidopinq Agentliyi (AMADA) 2 idmançıya sanskiyalar tətbiq edib.

“Mediasport” xəbər verir ki, tanınmış boksçularımız Ömər Aslanlı 24 ay, Məsud Yusifzadə 36 ay diskvalifikasiya olunub.

Ömər Aslanlı nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkar olunduğu üçün cəzalanıb. 

Məsud Yusifzadə nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək maddəsi ilə cəzaya məruz qalıb.

Qeyd edək ki, Ömər Aslanlı ötən il Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi, Məsud Yusifzadə isə 2013-cü ildə Niderlandda analoji yarışın ikincisi olub.


Fotoda Ömər Aslanlı

Fotoda Məsud Yusifzadə