Eriksenin yenə ürəyi dayandı...

Eriksenin yenə ürəyi dayandı...

Danimarka milli komandasının futbolçusu Kristian Eriksenin növbəti dəfə ürəyi dayanıb.

"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi bu dəfə Ukrayna ilə yoldaşlıq oyunu zamanı huşunu itirib.

65-ci dəqiqədə meydançaya yıxılan "Volfsburq"un üzvü həkimlərin müdaxiləsindən sonra özünə gəlib.

Komandasının 2:1 hesabı ilə xeyrinə olan matç davam etdirilməyib.

Xatırladaq ki, Eriksen 2021-ci ildə Avro-2020-də Finlandiya ilə görüşdə də oxşar hadisə yaşamışdı. Onun ürəyinə kardioverter-defibrilyator (ICD) cihazı implantasiya olunub.