Azərbaycanda məşhur velosiped yarışı yeni adla təşkil ediləcək

Azərbaycanda məşhur velosiped yarışı yeni adla təşkil ediləcək

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) 2026-cı il mövsümü üçün beynəlxalq yarışların təqvimini açıqlayıb.

"Mediasport" xəbər verir ki, təqvim planında gələn ilin 10-14 may tarixlərində keçiriləcək Azərbaycan velosiped yarışı da yer alır.

Bundan sonra “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışı adlanacaq və 5 mərhələdən ibarət olacaq idman tədbiri Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına aiddir.

Velosiped yarışının 1-ci mərhələsində iştirakçılar Bakı-Sumqayıt, 2-ci mərhələdə Bakı-Şamaxı-İsmayıllı, 3-cü mərhələdə Qəbələ-Şəki-Qəbələ, 4-cü mərhələdə Qəbələ-Mingəçevir-Gəncə, 5-ci mərhələdə isə Naftalan-Füzuli-Şuşa-Xankəndi marşrutu üzrə hərəkət edəcəklər.