Qazaxıstandan daha bir medal

 Qazaxıstandan daha bir medal

Trek velosipedi üzrə yığma komandamız Qazaxıstanın paytaxtı Astanada “Silk Way Series Astana” turnirində daha bir medal qazanıb.

"Mediasport" xəbər verir ki, Məryəm Hüseynova beynəlxalq yarışda bürünc mükafat əldə edib.

2009-1010-cu il təvəllüdlü qızlar arasında çıxış edən velosipedçimiz omnium yarışlarında 3 hərəkətin cəmində 38 iştirakçı arasında ümumi təsnifatda 3-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl təmsilçimiz Viktoriya Sidorenko 2-ci kateqoriyalı yarışda 200 metr məsafəyə sprint üzrə mübarizədə bürünc medala sahib çıxmışdı.