Azərbaycan çempionatının mükafatçıları müəyyənləşdi

Azərbaycan çempionatının mükafatçıları müəyyənləşdi

Velosiped idmanının trek növü üzrə gənc oğlanlar arasında Azərbaycan çempionatı keçirilib.

"Mediasport" xəbər verir ki, Respublika Velotrekində təşkil edilən yarışda 2008/2009-cu il təvəllüdlü oğlanlar mübarizə aparıblar.

Velosipedçilər çempionatda fərdi ötüşmə, çıxmaqla qrup ötüşməsi, omnium və sprint növlərində qüvvələrini sınayıblar.


Fərdi ötüşmə (3 km)

1. Nihad Xudoyev (ROEQİUGVM)

2. Çingiz İsayev (ROEQİUGVM)

1. Rəhim Nağıyev (ROEQİUGVM)


Çıxmaqla qrup ötüşməsi

1. Əli Baxşıyev (ROEQİUGVM)

2. Nicat Şükürzadə (ROEQİUGVM)

3. Həsən Zeynalov (ROEQİUGVM)


Omnium

1. Nihad Xudoyev (ROEQİUGVM)

2. Rəhim Nağıyev (ROEQİUGVM)

3. Murad Nadirov (“Təhsil”)


Sprint

1. Çingiz İsayev (ROEQİUGVM)

2. Murad Nadirov (“Təhsil”)

3. Əli Baxşıyev (ROEQİUGVM)