"Zaqatala" "Qəbələ" ilə qarşılaşacaq
1-ci Liqaya hazırlıqlarını davam etdirən “Zaqatala” daha bir yoxlama oyunu keçirəcək.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi bu gün “Qəbələ”nin əvəzedici komandası ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 18:00-da başlanacaq.
Xatırladaq ki, zaqatalılar bundan əvvəlki sınaq görüşündə 2-ci Liqa klubu “Hypers”ə uduzub (2:3).


