Renat Dadaşov 10 dəqiqə oynadı, "Motor" səfərdə "sülh" bağladı

Renat Dadaşov 10 dəqiqə oynadı, "Motor" səfərdə "sülh" bağladı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası "Motor" Polşa çempionatında növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, 3-cü tur çərçivəsində keçirilən matçda Lublin klubu səfərdə "Lexiya" (Qdanks) ilə heç-heçə edib - 3:3.

Dadaşov qarşılaşmanın 80-ci dəqiqəsində oyuna daxil olub.

"Motor" 3 oyundan sonra yarışın turnir cədvəlində 4 xalla 13-cü pillədə qərarlaşıb.