Azərbaycanlı məşqçi "UCI Level 2" kursunu uğurla başa vurdu - FOTO

Azərbaycanlı məşqçi "UCI Level 2" kursunu uğurla başa vurdu - FOTO

Azərbaycan Velosiped İdmanı Federasiyasının məşqçisi Elgün Əlizadə İsveçrənin Eqle şəhərində keçirilən "UCI Level 2" məşqçilik kursunu uğurla başa vurub.

"Mediasport" xəbər verir ki, o, proqramı uğurla tamamlayaraq müvafiq sertifikatla təltif olunub.

Kurs müddətində məşqçi fiziologiya, psixologiya, qidalanma və performans analizi kimi mühüm sahələr üzrə dərslərdə iştirak edib.

Bununla yanaşı, mexaniki biliklərini də təkmilləşdirərək velosipedlərin texniki baxışı üzrə bacarıqlarını artırıb.