Millimizin Türkiyədə uzunmüddətli təlim-məşq toplanışı başlandı

 Millimizin Türkiyədə uzunmüddətli təlim-məşq toplanışı başlandı

Şose velosipedi üzrə Azərbaycanın Elit/U-23 yığması bu il nəzərdə tutulan beynəlxalq yarışlara hazırlıq məqsədilə Türkiyəyə yollanıb.

"Mediasport" xəbər verir ki, komandamız Alanya şəhərində təlim-məşq toplanışında olacaq.

Heyətdə Musa Mikayılzadə, Süleyman Ələkbərov, Tural İsrafilov, Nofəl Nuriyev, Şahin Eyvazov, Əli Qurbanov, Maksim Trendelyov və Viktoriya Sidorenko yer alıb.

Hazırlıq prosesi martın 16-dək davam edəcək.

Yığmamız baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Əsədovun rəhbərliyi ilə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) bayrağı altında Alanya və Antalya bölgələrində təşkil olunacaq beynəlxalq turnirlərdə də qatılacaqlar.