Bakı-Xankəndi Velosiped Yarışının ilk mərhələsi başa çatıb - VİDEO

Bakı-Xankəndi Velosiped Yarışının ilk mərhələsi başa çatıb - VİDEO

"Sea Breeze" ərazisindən başlayıb Sumqayıt şəhərində başa çatan Bakı-Xankəndi velosiped yarışının ilk mərhələsi başa çatıb.

"Mediasport" xəbər verir ki, iştirakçılar ümumilikdə 158 kilometrdən artıq məsafə qət ediblər.

5 mərhələdən ibarət olan yarışın birinci hissəsində müxtəlif ölkələri təmsil edən peşəkar komandalar birincilik uğrunda mübarizə aparıblar.

Ümumi mükafat fondu 50 min avrodan artıq olan turnirin ilk mərhələsində finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb.

Yarışın əsas məqsədi ölkədə velosiped idmanının inkişafına töhfə vermək, Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirməkdir.