Qazaxda Federasiya Kuboku olacaq

 Qazaxda Federasiya Kuboku olacaq

azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 2026-cı il üçün təsdiq olunmuş idman təqvim planına əsasən ölkənin idman paytaxtı Qazax şəhərində velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək.

"Mediasport" xəbər verir ki, yarış iyulun 25-26-da təşkil olunacaq.

Qazax şəhərinin mərkəzi küçələrində baş tutacaq birincilikdə respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən velosiped bölmələrinin idmançıları fərdi və qrup ötüşməsində mübarizə aparacaqlar.

İki günlük yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarışreallaşacaq.

Yarışın məqsədi uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək, velosiped idmanına marağı artırmaq və bu idman növünə yeni istedadların cəlb olunmasına töhfə verməkdir.