Cüdo üzrə dünya çempionatının loqosu təqdim olundu - VİDEO
Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub.
"Mediasport" xəbər verir ki, loqonun əsas ideyası Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasından ilhamlanır.
Qarşıdakı aylarda yarışın proqramı, iştirakçılar, azarkeş zonaları və digər yeniliklərlə bağlı məlumatlar mərhələli şəkildə açıqlanacaq.
Mundial oktyabrın 4-11-də Milli Gimnastika Arenasında baş tutacaq.


