45 yaşlı İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu adını qazandı!

45 yaşlı İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu adını qazandı!

Azərbaycan paracüdoçusu İlham Zəkiyev karyerasında növbəti uğuruna imza atıb.

"Mediasport" xəbər verir ki, 95 kq çəki dərəcəsində J1 kateqoroyası üzrə yarışan Paralimpiya çempionu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa birinciliyinin qalibi olub.

45 yaşlı dünya və Avropa çempionumuz bununla da karyerasında 9-cu dəfə qitənin ən güclüsü adına sahib çıxıb.

Yarışda digər təmsilçimiz - 70 kq çəki dərəcəsində J2 kateqoriyasında mübarizə Dürsədəf Kərimova isə yalnız finalda uduzaraq gümüş medal qazanıb.