Dünya çempionu prezidentlə görüşdən sonra paylaşım etdi

Dünya çempionu prezidentlə görüşdən sonra paylaşım etdi

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Azərbaycan yığmasının üzvü Əhməd Yusifov ötən gün Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.

“Mediasport” xəbər verir ki, o, instaqram hesabındakı paylaşımla dövlət başçısına təşəkkürünü çatdırıb:

“Cənab Prezident, məni qəbul etdiyiniz, dünya çempionluğum münasibətilə təbrik etdiyiniz və dəyərli sözlərinizlə mənə əlavə ruh verdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm.

Doğma Bakıda, öz azarkeşlərimizin qarşısında Azərbaycanın bayrağını yüksəltmək və dünya çempionu olmaq mənim üçün böyük qürurdur.

Bu uğur həm də ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və dəstəyin nəticəsidir.

Etimadınızı doğrultmaq, qarşıdakı yarışlarda da Azərbaycanı layiqincə təmsil etmək və yeni uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm.

Diqqətiniz və dəstəyiniz üçün bir daha təşəkkür edirəm, cənab Prezident!”

Qeyd edək ki, Əhməd Yusifov 60 kq çəki dərəcəsində dünya çempionu olub.