Yeniyetmə cüdoçular birincilik uğrunda mübarizə aparacaqlar
U-14 və U-17 yeniyetmələr arasında Cənub bölgəsi üzrə region birincilikləri keçiriləcək.
"Mediasport" xəbər verir ki, 3-4 iyulda Yardımlı Olimpiya İdman Kompleksində keçiriləcək yarışlarda ümumilikdə 126 cüdoçu mübarizə aparacaq.
Turnirlərin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.
U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.


