"Böyük İpək Yolu" beynəlxalq turnirinin açılış mərasimi oldu

"Böyük İpək Yolu" beynəlxalq turnirinin açılış mərasimi oldu

Bakıda kişi və qadın boksçular arasında ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca çıxış edən Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov yarışın əhəmiyyətindən danışıb, turnirə güclü komandaların qatıldığını deyib.

Ardınca yarışın bolqarıstanlı supervayzeri Svetoslav Sapoundjiyev Təşkilat Komitəsinə minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıblar.

Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən turnir aprelin 7-də başa çatacaq. Yarışda Azərbaycan, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları güclərini yoxlayırlar.

Kişi boksçular 10, qadınlar 4 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

126 idmançının qatıldığı turnirdə döyüşlər hər gün saat 15:00-da başlanacaq.