Həsrət Cəfərov və Nihat Məmmədli DÇ-də yarımfinala vəsiqə qazandı
Azərbaycanın daha iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, Nihat Məmmədli (63 kq) və Həsrət Cəfərov (67 kq) axşam seansında final üçün yarışacaq.
N.Məmmədli 1/4 finalda Qətər təmsilçisi Aref Mohammadini məğlub edib. Onun yarımfinaldakı rəqibi Sergey Yemelin (Rusiya) olacaq.
H.Cəfərov isə bu raundda Cənubi Koreyadan olan Hanjae Çunqa qalib gəlib. O, yarımfinalda Səid Esmaeili (İran) ilə qarşılaşacaq.
İslam Abbasov (87 kq) 1/8 finalda uduzaraq yarışı medalsız başa vurub.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıblar.

