Azərbaycan çempionu ÇL-də Macarıstan klubu ilə qarşılaşır
Oktyabrın 27-də futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin V qrupunda keçiriləcək "Araz-Naxçıvan" - "Uypest" (Macarıstan) oyununun təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, görüşün hakimləri Viktor Şeyx (Fransa), Sergey Saçmans (Latviya) və İqor Yaçevic (Latviya) olacaqlar.
Dominik Lorke (Polşa) "timekeeper", Sven Eyxler (Almaniya) hakim-inspektor, Marina Kirilyuk (Ukrayna) isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Polşanın Qlivitse şəhərindəki "Prezero Arena"da baş tutacaq matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

