Canni İnfantino "Sabah" - "Qarabağ" qarşılaşması haqda nələr yazdı?

Canni İnfantino "Sabah" - "Qarabağ" qarşılaşması haqda nələr yazdı?

"Bakıda keçirilən rəqabətli oyunda "Sabah" və "Qarabağ" xalları bölüşərək Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər".

"Mediasport" xəbər verir ki, bu fikirlər FİFA prezidenti Canni İnfantinoya məxsusdur.

Bakıda səfərdə olan ali futbol qurumunun rəhbəri Premyer Liqanın 9-cu turunun "Sabah" - "Qarabağ" matçını stadiondan canlı izləyib.

O, Mərdəkan səfərindən sonra sosial şəbəkə hesablarında paylaşım edib:

"Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FIFA Şurasının üzvü və Cibuti Futbol Assosiasiyasının prezidenti Süleyman Hassan Vaberi, FIFA Şurasının üzvləri Yuhanna Vud və Rodolfo Vilyalobos, "Sabah"ın prezidenti Maqsud Adıgözəlov və digər qonaqlarla bir arada olmaqdan şadam.

Belə möhtəşəm atmosfer yaradaraq futbolun insanları necə birləşdirdiyini və sevinclə əhatə etdiyini bir daha sübuta yetirdiklərinə görə hər iki kluba, bütün azarkeşlərə təşəkkür edirəm".

Xatırladaq ki, görüş qolsuz bərabərliklə yekunlaşıb.