Azərbaycan millisi Bakıda İsrail və Haiti yığmaları ilə üz-üzə gəlir
Futbol üzrə U-15 Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında bu gün daha iki matç keçirəcək.
"Mediasport" xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv saat 11:30-da İsrail millisi ilə qarşılaşacaq.
Saat 18:15-də isə rəqibimiz Haiti yığması olacaq.
Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında reallaşacaq.
Xatırladaq ki, komandamız turnirdə əvvəlki oyunlarında Timor-Lesteni 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib, Avstraliya kollektivinə uduzub - 1:3.

