Premyer Liqada 40-cı qolunu vurdu

 Premyer Liqada 40-cı qolunu vurdu

Davit Volkov “Zirə”nin heyətində Premyer Liqada 40-cı qolunu vurub.

"Mediasport" xəbər verir ki, o, Misli Premyer Liqasının IX turunun “Sumqayıt”la ev matçında (3:2) fərqlənib.

Gürcüstanlı hücumçu 121-ci oyununda “40”a çatıb. Onun orta məhsuldarlığı 0,33-ə bərabərdir.

Volkov ölkə çempionatları tarixində yüksək liqada eyni klubda 40 və daha çox qol vuran 30-cu futbolçu olub.

O, Fernando Peres (“Bakı”) və Mehman Allahverdiyevlə (“Kəpəz”) eyni göstəriciyə malikdir. Rekord isə “Qarabağ”da 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.