Bu gün Azərbaycanın 4 güləşçisi mübarizə aparacaq - DÇ-2026

Bu gün Azərbaycanın 4 güləşçisi mübarizə aparacaq - DÇ-2026

Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizə aparacaq.

Təmsilçilərimizdən Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) xalça üzərinə çıxacaqlar.

N.Məmmədli ilk görüşünü ABŞ təmsilçisi Xavyer Consona (ABŞ), İ.Abbasov türkiyəli Ali Cengizə qarşı keçirəcək, H.Cəfərov isə ilk raunddan azaddır.

Həmçinin bu gün Murad Əhmədiyev (97 kq) təsəlliverici qarşılaşmada Markus Raqqinqerlə (Avstriya) güləşəcək.

Xatırladaq ki, mundial noyabrın 1-də yekunlaşacaq.

Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.