Ülviyyə Musayeva dünya çempionu olmaqla Azərbaycanın tarixə düşdü

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib.
"Mediasport" xəbər verir ki, 26 ölkədən 170 idmançının qatıldığı mötəbər yarışda Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 10 güləşçi təmsil edib.
İdmançılarımızdan Ülviyyə Musayeva (55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o, çimərlik güləşində qızlar arasında ilk dünya çempionumuz kimi adını tarixə yazdırıb.
Eyni uğura imza atan Nihad Süleymanlı (80 kq) da qızıl medalı boynundan asıb.
Elgün Kərimli (90 kq) dünya üçüncüsü olub.
Rəşad Əliyev (70 kq) isə bürünc medal duelində məğlub olaraq 4-cü yerlə kifayətlənib.
Beləliklə, oğlanlardan ibarət komanda 62 xal toplayaraq dünya üçüncüsü olub. Cəmi 2 qızdan ibarət heyət isə 25 xalla Moldova və Puerto-Riko ilə 4-6-cı yerləri bölüşüb.
DÇ-də ədaləti I-S dərəcəli hakim Sədi Quliyev qoruyub.