Həsrət Cəfərov və Qurban Qurbanov Avropa çempionu oldu
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın iki yunan-Roma güləşçisi qitə çempionu adını qazanıb.
67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda Türkiyə təmsilçisi Murad Fıratı 7:5 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
Bu, Cəfərovun dördüncü Avropa çempionluğudur.
Qurban Qurbanov (82 kq) isə finalda Adlet Tülübayevə (UWW) 4:2 hesabıyla qalib gələrək ikiqat Avropa çempionu tituluna yiyələnib.
Nihat Məmmədli (60 kq.) üçüncülük qarşılaşmasında Suner Konunovu (UWW) 6:0 hesabı ilə üstələyərək bürünc mükafat əldə edib.
Qadınların yarışında Günay Qurbanova (59 kq) yarımfinalda məğlub olub və sabah bürünc medal uğrunda Marta Getmanova (UWW) ilə güləşəcək.
Elnurə Məmmədova (50 kq) AÇ-ni medalsız başa vurub.
Xatırladaq ki, yarışda daha əvvəl yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıblar.
