"Mahir bəzən qərarların başqası üçün verildiyini başa düşməlidir"

"Mahir milli komandada 50 beynəlxalq oyun keçirib. Ona görə bunun onu narahat etməməsi yanlış reaksiya olardı. Mənim Mahir Emreliyə ehtiyacım var. Bunu dəfələrlə ona söyləmişəm".
Mediasport.com.az xəbər verir ki, bu sözləri Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze deyib.
Yerli "Bild" nəşrinə açıqlama verən mütəxəssis komandasından ayrılacağı iddia edilən Mahir Emreli haqda danışıb.
46 yaşlı çalışdırıcı 2-ci Bundesliqanın 21-ci tuurnun "Maqdeburq"la səfər matçında forvardaı meydana buraxmamasını şərh edib:
"Bu oyunçuya ehtiyacım var və mən bunu dəfələrlə Mahirin özünə demişəm. Bilirəm, son turda oynamaması onun üçün asan olmadı. Bu səbəbdən onunla yenidən danışdım. Özüm Mahirlə daim əlaqə saxlayıram. Amma o, bəzən qərarların onun əleyhinə deyil, başqası üçün verildiyini başa düşməlidir".
Xatırladaq ki, "Bild" nəşri Mahirin yayda klubdan ayrılaraq Cənubi Koreyaya yollanacğını yazır.
Azərbaycan millisinin 28 yaşlı hücumçusu "Nürnberq"ə cari mövsümün əvvəlində transfer edilib.