Azərbaycan yığmasına məğlub olan baş məşqçi istefaya göndərildi

Azərbaycan yığmasına məğlub olan baş məşqçi istefaya göndərildi

Futbol üzrə Litva milli komandasının baş məşqçisi Edqaras Yankauskas istefaya göndərilib.

"Mediasport" xəbər verir ki, məlumatı Litva Futbol Federasiyası (LFF) yayıb.

Qərar mütəxəssislə federasiya prezidenti Edqaras Stankeviçyus və federasiyanın texniki direktoru Deyvidas Şemberas arasında keçirilən görüşdən sonra açıqlanıb.

Xatırladaq ki, 2023-cü ilin fevralından milliyə rəhbərlik edən Yankauskas son olaraq oktyabrın 4-də Bakıda Azərbaycan yığmasına məğlub olub (0:1).