Çempionlar Liqasında əsas mərhələ iki görüşlə start götürdü
Futbol üzrə UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümünün Liqa mərhələsi start götürüb.
"Mediasport" xəbər verir ki, daha erkən saatda iki görüş baş tutub.
AEK Yunanıstanda LASK-ı məğlub edib.
"Aston Villa" isə Belçikada "Brügge"yə qalib gəlib.
Günnü digər qarşılaşmaları Bakı vaxtilə saat 23:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi "Sabah" sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"in qonağı olacaq.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 1-ci tur
AEK (Yunanıstan) - LASK (Avstriya) 1:0
"Brügge" (Belçika) - "Aston Villa" (İngiltərə) 2:3
23:00. "Borussiya" Dortmund (Almaniya) - "Vilyarreal" (İspaniya)
23:00. "Portu" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)
23:00. "Lill" (Fransa) - "Betis" (İspaniya)
23:00. "Real" Madrid (İspaniya) - "İnter" (İtaliya)

