Olise UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

 Olise UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "Bayern"in vingeri Maykl Olise qalib adını qazanıb.

Münhen klubunun 25 yaşlı fransız legioneri səsvermədə Usman Dembele (PSJ), Martin Zubimendi ("Arsenal") və Dani Olmonu ("Barselona") qabaqlayıb.

O, Madrid "Real"ı ilə 1/4 finalın cavab oyununda qollardan birini vurub və komandasının yarımfinala yüksəlməsində böyük pay sahibi olub.