"Atletiko" Madriddə "Arsenal"la bərabərə qaldı - Çempionlar Liqası
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində ikinci matç keçirilib.
"Mediasport" xəbər verir ki, raundun növbəti dueli "Atletiko" ilə "Arsenal" arasında baş tutub.
Madriddə reallaşan qarşılaşmada qalib müəyyənləşməyib. Cavab oyunları gələn həftə reallaşacaq.
Xatırladaq ki, dünən oynanılan digər yarımfinalın ilk matçında PSJ Fransada Almaniya çempionu "Bayern"ə qalib gəlib (5:4).
UEFA Çempionlar Liqası. Yarımfinal. İlk oyun
"Atletiko" Madrid (İspaniya) - "Arsenal" (İngiltərə) 1:1
Baş hakim: Danni Makkelie (Niderland)


