UEFA Çempionlar Liqasının qalibi olmuş 32 yaşlı braziliyalı vəfat etdi

 UEFA Çempionlar Liqasının qalibi olmuş 32 yaşlı braziliyalı vəfat etdi

Rusiyanın "Norilskiy Nikel" futzal komandasının üzvü Aleks Felipe vəfat edib.

"Mediasport" xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.

Dünən Rusiya Kubokunun yarımfinal mərhələsinin "Uxta" ilə səfər oyununda meydanda olmuş 32 yaşlı braziliyalının matçdan sonra hava limanında halı pisləşib.

Həkimlərin dərhal müdaxiləsinə baxmayaraq, cənubi amerikalı dünyasını dəyişib.

Qeyd edək ki, 2020-ci ildən "Norilskiy Nikel"in heyətində çıxış edən Aleks Felipe Norilsk təmsilçisi ilə 2023/2024 mövsümündə Rusiya Kubokunun qalibi, ölkə çempionatının gümüş (2022/2023) və bürünc (2020/2021, 2021/2022) mükafatçısı olub.

Felipe 2018/2019-cu illər mövsümündə Portuqaliyanın "Sportinq" komandası ilə UEFA Çempionlar Liqasını qazanıb.