ÇL-də Avropa nəhəngləri arasında 6 komandadan biri - "QARABAĞ"!

UEFA Çempionlar Liqasında əsas mərhələnin ikinci turuna yekun vurulub.
"Mediasport" xəbər verir ki, Azərbaycanın yarışda yeganə təmsilçisi "Qarabağ" liderlər qrupunda qərarlaşıb.
Qurban Qurbanovun komandası 36 klubun yer aldığı turnirdə itkisiz irəliləyən 6 kollektivdən biridir.
Hər iki matçda qələbə qazanan "atlılar" 6 xalla nəhənglər arasında 6-cı sırada qərarlaşıblar.
Təmsilçimizlə yanaşı, dünya böyükləri - Almaniyanın "Bayern", İspaniyanın "Real", Fransanın PSJ, İtaliyanın "İnter" və İngiltərənin "Arsenal" komandaları da məğlub olmayıblar.
Qeyd edək ki, ötən gecə Bakıda Danimarkanın "Kopenhagen" komandasına qalib gələn (2:0) "Qarabağ" ilk turda Portuqaliyada "Benfika"nı məğlub etmişdi (3:2).