Millimiz "Şamaxı" ilə üz-üzə
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama matçına çıxacaq.
"Mediasport" xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv "Şamaxı" ilə qarşılaşacaq.
Oyun saat 16:00-da başlanacaq.
Xatırladaq ki, yığmamız dünən ilk sınaq görüşündə "Səbail"i məğlub edib - 1:0.
