"Qarabağ"dan növbəti transfer - RƏSMİ
2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti legioner keçidini gerçəkləşdirib.
"Mediasport" xəbər verir ki, Rusiyanın “Pari Nijni Novqorod” klubu ilə danışıqlar uğurla yekunlaşıb və yamaykalı Renaldo Sefas “Qarabağ”a transfer olunub.
Hər iki cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi çıxış edən futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Yamaykada “Arnett Qardens”in formasını geyinmiş Renaldo Şimali Makedoniyada “Şkupi”, Türkiyədə “Ankaragücü”ndə çıxış edib və 2025-ci ilin yayında Rusiya təmsilçisinə keçib.
2023-cü ildən Yamayka millisinin futbolçusu olan Sefas 21 oyunda 1 qol vurub.
O, 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc mükafatçısı olub.
Sefas yay transfer pəncərəsində ağdamlıların altıncı transferidir.
Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç “Qarabağ”a qoşulub.


