"Çox danışmaq istəmirəm, çünki çox məyus olmuşam" - Koxalski
“Oyuna pis başlamadıq, hər şey yaxşı gedirdi. Lakin sonluq pis oldu. Ən vacib anda zəif oyun göstərdiyimiz üçün uduzduq".
"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Mateuş Koxalski deyib.
Polşalı qolkiper dünən "Ayaks"la Bakıda keçirilmiş Çempionlar Liqası oyunu haqda düçüncələrini bölüşüb:
"Çox danışmaq istəmirəm, çünki çox məyus olmuşam. Lakin hələ irəliləmək şansımız qalır. Necə olacağını və kifayət qədər xal qazanıb-qazanmayacağımızı bilmirəm, amma ən azı bir qələbə qazanmalıyıq.
Bu baxımdan "Ayntraxt"la ev oyunu çox vacibdir. Ümid edirəm ki, növbəti mərhələ uğrunda mübarizə apara biləcəyik”.
Xatırladaq ki, "Qarabağ" "Ayaks"a 2:4 hesabı ilə məğlub olub.
