"Azərbaycan xalqını sevindirməyə çalışacağıq" - Leandro Andrade

"Azərbaycan xalqını sevindirməyə çalışacağıq" - Leandro Andrade

"Baş məşqçimiz Qurban Qurbanovun dediyi kimi, hamımız üçün vacib oyundur. Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bu da bizi motivasiya edir ki, ən yaxşı oyunumuzu meydanda göstərək. Stadionumuz gözəldir".

"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Leandro Andrade deyib.

Portuqaliyalı vinger UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunun "Kopenhagen"lə (Danimarka) oyunundan əvvəl keçirilən mətbuat konfransında sabahkı matç haqda danışıb:

"Kopenhagen" əla komandadır. Bura Çempionlar Liqasıdır. Hər komanda güclüdür. Biz ən əlimizdən gələnin ən yaxşısını edəcəyik və maksimumumuzu meydanda verəcəyik. Oyuna maksimum dərəcədə fokuslanacağıq. Mən oyuna daha çox fokuslanmışam. Sabah necə olacağını görəcəyik. Birlikdə mübarizə aparacağıq. Çox maraqlı oyun olacaq. Ən yaxşısını edəcəyimizə inanıram".

Xatırladaq ki, "Qarabağ" - "Kopenhagen" görüşü sabah saat 20:45-də başlanacaq.