Vüsal 83 dəqiqə oynadı, komandası geridönüşlə qalib gəldi - VİDEO
Futbol üzrə Albaniya Super Liqasında 25-ci turun oyunları keçirlir.
"Mediasport" xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" səfərdə "Flamurtari" ilə qarşılaşıb.
İlk hissədə hesabda geri düşən vingerin komandası sonradan 2 qol vuraraq qələbə qazanıb - 2:1.
İsgəndərli 83 dəqiqə meydanda olub.
Xal ehtiyatını 36-ya çatdıran "Partizani" 5-ci pillədə qərarlaşıb.
