"Liverpul" kimi böyük klubları Azərbaycana gətirmək istəyirik"

"Çox gözəl və sürətli bir oyun keçirtdik. Səfərdə baş tutan oyunlarla Azərbaycanda keçirilən matçlarda fərq özünü göstərir. Çox sevincliyəm. Möhtəşəm qələbə qazandıq".
Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
Klub rəhbəri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" ilə cavab oyunundan sonra verdiyi açıqlamada "Qarabağ"ın hər mövsüm təcrübəsinin artdığını söyləyib.
Ağdam klubunun rəsmisi komandanın pley-offdakı rəqibi "Ferensvaroş"dan da bəhs edib və Macarıstan təmsilçisi ilə mübarizəyə hazır olduğunu deyib.