"Qarabağ"ın kubok və medallara qovuşacağı tarix müəyyənləşdi

"Qarabağ"ın kubok və medallara qovuşacağı tarix müəyyənləşdi

12-ci dəfə Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ"ın mükafatlara qovuşacağı tarix müəyyənləşib.

"Mediasport" xəbər verir ki, 2024/2025-ci illər mövsümünün çempionu çempionatın 35-ci turundan sonra - "Azərsun Arena"da mükafatlandırılacaq.

Ağdam klubunun cari mövsüm son ev matçı məhz "Kəpəz"lə oyuna təsadüf edəcək.

Mayın 18-də baş tutacaq qarşılaşma saat 19:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının reqlamentinə əsasən, çempion olan komanda birinci yeri vaxtından əvvəl təmin edirsə, komandaya qızıl medallar və kubok sonuncu ev oyunundan təqdim olunur.