Ronaldo Portuqaliyanı Millətlər Liqasında finala çıxardı - VİDEO

UEFA Millətlər Liqasında "Dördlər finalı" - yarımfinal mərhələsi start götürüb.
"Mediasport" xəbər verir ki, Almaniyada keçirilən ilk yarımfinalda meydan sahibləri Portuqaliya yığması ilə üz-üzə gəlib.
Münhendəki "Alyans Arena”da baş tutan qarşılaşmada Bundestimə qalib gələn portuqallar 25 illik həsrətə son qoyublar.
Qocalmaq bilməyən Kristiano Ronaldo kmandasını finala çıxarıb.
Pireneylilər almanlar üzərində son dəfə AVRO-2000-də qələbə qazanmışdılar (3:0). Maraqlıdır ki, 25 il əvvəl het-trik edən Serjiu Konseysaunun yolunu oğlu Fransisko davam etdirərək komandasının bərabərlik qolunu vurub.
Yarımfinalın digər cütündə bu gün Ştuttqart şəhərində İspaniya - Fransa görüşü keçiriləcək.