Qış Olimpiya Oyunları yekunlaşdı - Norveç komandası 1-ci yeri tutdu

Qış Olimpiya Oyunları yekunlaşdı - Norveç komandası 1-ci yeri tutdu

İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarına yekun vurulub.

92 Milli Olimpiya Komitəsi və neytral statuslu Rusiya və Belarus təmsilçiləri daxil 2900 idmançı 116 dəst medal uğrunda mübarizə aparıb.

Norveç millisi bütün rəqiblərini qabaqlayaraq, 41 medalla (18 qızıl, 12 gümüş, 11 bürünc) birinci yeri tutub.

ABŞ 33 medalla (12 qızıl, 12 gümüş, 9 bürünc) 2-ci, Niderland 20 medalla (10 qızıl, 7 gümüş, 3 bürünc) 3-cü olub.

Ev sahibi İtaliya 30 medalla (10 qızıl, 6 gümüş, 14 bürünc) 4-cü yerdə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan olimpiadada 2 idmançı ilə təmsil olunub: Vladimir Litvintsev fiqurlu konkisürmə, Anastasiya Papatoma isə dağ xizəyi üzrə slalom yarışlarında gücünü sınayıb.

4 ildən bir keçirilən Qış Olimpiya Oyunları növbəti dəfə - 2030-cu ildə Fransada təşkil olunacaq.

Mediasport.com.az