Elçin Səmədli dünya çempionatının ilkin mərhələsinə təyinat aldı
Futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.
Bu barədə "Mediasport"a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
O, dünya çempionatının ilkin mərhələsinin oyunlarında hakimlərin işini qiymətləndirəcək.
E.Səmədli aprelin 9-dan 12-dək Litvanın Druskininkai şəhərindəki idman sarayında keçiriləcək matçlar zamanı iş başında olacaq.
Qeyd edək ki, C qrupunda meydan sahibi Litva ilə yanaşı, Şimali İrlandiya, Bolqarıstan və Türkiyə milliləri yer alıblar.
