Yüksək Liqa: AFFA çempionluq oyununa əlavə hakimlər ayırdı
AFFA Hakimlər Komitəsi futzal üzrə Yüksək Liqada cari mövsümün sonuncu matçının əhəmiyyətini nəzərə alaraq, oyuna əlavə ehtiyat hakim təyinatı gerçəkləşdirib.
"Mediasport" xəbər verir ki, "Neftçi" - "Araz-Naxçıvan" qarşılaşması FİFA referilərinə həvalə edilib.
Həlledici matçda Knyaz Əmiraslanova Əli Cəbrayılov və İmran Məhərrəmov kömək göstərəcək.
Hidayət Feyzullayev ehtiyat hakim, Elçin Səmədli isə hakim-inspektor vəzifəsini icra edəcək.
Qarşılaşma 18 may, saat 19:00-da Bakı İdman Sarayında baş tutacaq.
Yarışın turnir cədvəlinə "Neftçi" 52 xalla liderlik edir. "Araz-Naxçıvan" isə 49 xalla ikincidir.
