Azərbaycan milli komandasına İrandan legioner gətirdilər - RƏSMİ

Azərbaycan milli komandasına İrandan legioner gətirdilər - RƏSMİ

İranlı sərbəst güləşçi Əmir Rza Məsumi 2027-ci ildən beynəlxalq arenada Azərbaycanı təmsil edəcək.

"Mediasport" xəbər verir ki, bu barədə jurnalist Natiq Nəsirov məlumat paylaşıb:

"20 yaşlı güləşçinin daha əvvəl Ermənistan üçün güləşəcəyi bildirilirdi. Həm Azərbaycandan, həm də ermənilərdən təklif alan Amir seçimini Azərbaycandan yana edib.

Dünyanın ən perspektivli super ağır çəkili güləşçilərindən hesab edilən AƏmir yayda Ermənistanda olub, İrəvandan foto paylaşıb.

Bundan sonra ermənistanlı jurnalistlərin onun ölkələri üçün güləşəcəyini sevinclə qarşılayıb.

Lakin Əmir daha sonra Azərbaycana gəlib və burdan bir neçə foto paylaşıb. Bununla da onun seçim qarşısında olduğu üzə çıxıb.

Yekunda Azərbaycan Güləş Federasiyası ilə danışıqlar müsbət nəticələnib və Əmir ölkəmiz üçün güləşməyə razılaşıb. Onun seçimi müzakirələrə səbəb olub.

Əmir gənc olmasına baxmayaraq, kifayət qədər uğurlu güləşçidir, O, müxtəlif yaş qruplarında (U17, U20 və U23) 6 dəfə dünya çempionu olub.

Masumi bu il Asiya Güləş Çempionatında da qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiyası xəbəri təsdiq edib.