Türkiyə yığması İtaliya səfərində, Fransa millisi Belçikanı qəbul edir

Türkiyə yığması İtaliya səfərində, Fransa millisi Belçikanı qəbul edir

UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunları davam edir.

"Mediasport" xəbər verir ki, bu gün 4-cü tur çərçivəsində A, B və C divizonlarında ümumilikdə 8 görüş keçiriləcək.

Qrupda 3 matçın hamısını uduzan Türkiyə yığması İtaliya səfərində meydana çıxacaq.

"Qarabağ"ın üzvlərindən Bençe Varkonyinin yer aldığı Macarıstan Ukrayna ilə, Martin Zlomisliçli Bosniya və Herseqovina "Sabah"lı Timoteuş Puxaçın heyətində olduğu Polşa ilə, Marko Yankoviçli Monteneqro isə Ermənistanla qarşılaşacaq.


UEFA Millətlər Liqası. Qrup mərhələsi


A Divizionu. 1-ci qrup

22:45. Fransa - Belçika

22:45. İtaliya - Türkiyə

Xal durumu: Fransa - 7, Belçika - 6, İtaliya - 4, Türkiyə - 0.


B Divizionu. 2-ci qrup

22:45. Ukrayna - Macarıstan

22:45. Şimali İrlandiya - Gürcüstan

Xal durumu: Şimali İrlandiya - 7, Ukrayna - 4, Macarıstan - 4, Gürcüstan - 1.


4-cü qrup

22:45. Rumıniya - İsveç

22:45. Bosniya və Herseqovina - Polşa

Xal durumu: İsveç - 7, Bosniya və Herseqovina - 5, Polşa - 4, Rumıniya - 0.


C Divizionu. 2-ci qrup

20:00. Kipr - Latviya

22:45. Monteneqro - Ermənistan

Xal durumu: Monteneqro - 9, Kipr - 4, Ermənistan - 3, Latviya - 1.