"Güman edirəm ki, gələcəkdə bu səhvləri düzəldəcəyik"

 "Güman edirəm ki, gələcəkdə bu səhvləri düzəldəcəyik"

"Azərbaycanın qadın güləşçilərindən gözləntilər böyükdür. Güman edirəm ki, gələcəkdə bu səhvləri düzəldəcəyik".

"Mediasport" Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu 20 yaşadək qadın güləşçilərdən ibarət yığmanın böyük məşqçisi Rövşən Umudov deyib.

Mütəxəssis milli üzvlərinin Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatındakı çıxışını dəyərləndirib:

Dünya çempionatı çox ağır yarışdır. Həm psixoloji durum, həm yarışın gedişinə görə Avropa çempionatından çox fərqlənir. Asiya ölkələrindən çox güclü rəqiblər var.

Buna baxmayaraq, hər şey yolunda gedirdi. Sadəcə, bir az taktiki səhvlər oldu. Bu səbəblərdən çempionluğu əldən verdik. Yaxşı hazırlaşmışdıq.

Ruzanna Məmmədova və Günay Qurbanovadan daha böyük nəticələr gözləyirik. Daim hazır olmalıdırlar, daha çox hazırlaşmalıdırlar Bununla da nəticə daha yaxşı olacaq”.

Qeyd edək ki, Azərbaycanın qadın güləşçiləri dünya çempionatında 1 gümüş və 1 bürünc medal qazanıblar.