U-20 dünya çempionatı: Ayxan Cavadov yarımfinala adını yazdırdı

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, yarımfinala adını yazdıran Ayxan Cavadov (60 kq) bu mərhələdə gürcüstanlı Vaxtanq Lolua ilə qarşılaşacaq.
Elmin Əliyev (82 kq) 1/8 finalda rusiyalı Avropa və dünya çempionu Mixail Şkarinə 0:8 hesabı ilə məğlub olub.
Qadınların mübarizəsində Zəhra Kərimzadə (72 kq) 1/8 finalda çinli Yuqi Liuya 0:10 hesabı ilə uduzub.
Yarımfinallar Bakı vaxtı ilə 18:00-da, medallar uğrunda qarşılaşmalar 19:00-da başlayacaq.