Əliyar Ağayev Xorvatiya yığmasının DÇ oyununa təyinat aldı
FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Farer adaları matçının baş hakimi olacaq.
Ağayevı Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin eyniadlı stadionunda keçiriləcək.
