"Qarabağ"ın yeni transferi ABŞ-dən ilk açıqlamasını verdi - VİDEO

"Qarabağ"ın yeni transferi ABŞ-dən ilk açıqlamasını verdi - VİDEO

"Salam, əziz "Qarabağ" azarkeşləri! Mən, Martin. "Qarabağ" ailəsinə qoşulduğum üçün çox xoşbəxtəm. Hazırda milli komandamla birlikdə dünya çempionatında iştirak edirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Martin Zlomisliç deyib.

27 yaşlı qolkiper Ağdam təmsilçisinin azarkeşlərindən söz açaraq klubun növbəti transferinə də eyham vurub:

"Bilirəm ki, "Qarabağ" böyük klubdur və inanılmaz azarkeşlərə sahibdir. Komandaya qoşulacağım və hər birinizlə görüşəcəyim günü səbirsizliklə gözləyirəm. İndi isə "Epizod-6"nı gözləyin. Tezliklə görüşərik!"

Xatırladaq ki, Martin hazırda ABŞ, Meksika və Kanadada keçirilən 23-cü Dünya Kubokunda Bosniya və Herseqovina millisinin heyətində çıxış edir.